Daxili İşlər Nazirliyi Gəncədə törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 10-da Gəncə Dəmir Yolu Stansiyasında şəhər sakini Qəzənfər İsgəndərov münaqişə zəminində orada işləyən qohumu Kifayət Əhmədovaya bıçaqla xəsarət yetirib. Nəticədə xəstəxanaya yerləşdirilmiş K.Əhmədova orada ölüb.
Q.İsgəndərov könüllü olaraq Gəncə Xətt Polis Şöbəsinə gələrək təslim olub.