Daxili İşlər Nazirliyi Qazax rayonunda ər və arvadının qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, martın 13-də Qazax rayonunun Cəfərli kəndində kənd sakinləri 77 yaşlı Nəriman Osmanovun və arvadı 75 yaşlı Dünyanın balta ilə qətlə yetirilmiş meyitləri evlərində tapılıb.
Faktla əlaqədar cinayət işi başlanmışdır.
Qazax RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.