DİN donub ölən şəxslərlə bağlı məlumat yaydı
06 yanvar 2016 13:19 (UTC +04:00)

DİN donub ölən şəxslərlə bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi ölkədə soyuqdan donub ölən şəxslərlə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 5-də Masallı rayonunun Türkoba kəndindən kənd sakini Şahin Quliyev koma halında xəstəxanaya gətirilib və orada ölüb. Araşdırmalarla onun donvurmadan ölməsi müəyyən edilib.

 

Bundan başqa yanvarın 5-də Şamaxı rayonunun Nağaraxan kəndində yaşayan Mixail Belyayev həyətində donvurmadan ölüb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar