DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı
05 dekabr 2014 13:32 (UTC +04:00)

DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi (DİN) Goranboyda baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın DİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dekabrın 4-də saat 20 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhərində Cəlilabad rayon sakini Rəfael Kərimov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarında dayanmış Gəncə şəhər sakini Rafiq Əmrahova məxsus “VAZ-2101” markalı avtomobilə vurub. Toqquşma nəticəsində R.Əmrahovun sərnişinləri - həmyerliləri Sahib Məmmədov, Ramin Şükürilahi və 20-22 yaşlı qadın ölüblər.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 337

Oxşar yazılar