Daxili İşlər Nazirliyi Bərdədə keçirilən əməliyyatla bağlı məlumat yayıb. Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumatına görə, xüsusi təyinatlı polis qüvvələri cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Rayon Polis Şöbəsi əməkdaşlarının dünən və bu gün həyata keçirdikləri tədbirlərlə 7 Bərdə sakini saxlanılıb. Onların 5-i əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub. Həmin şəxslərin üzərlərinə baxış zamanı 1 tapança, 5 qumbara, müxtəlif çaplı 145 ədəd patron, 1 ov tüfəngi və 1 kiloqrama yaxın ağır növ narkotik vasitələr aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.