Daxili İşlər Nazirliyi Bakıda törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, martın 21-də Nərimanov rayonu ərazisində Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov münaqişə zəminində Bakı şəhər sakini Zülfüqar Əzizliyə bıçaqla xəsarət yetirib. Z.Əzizli xəstəxanaya aparılarkən yolda ölüb.
M.Məmmədov könüllü olaraq Nəsimi RPİ 20-ci PB-yə gələrək təslim olub.