Daxili İşlər Nazirliyi Bakıda baş vermiş avtobus qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 27-də saat 16 radələrində Səbail rayonunun Parlament prospektində Bakı şəhər sakini Orxan Novruzov 63 saylı xətlə idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən paytaxt sakinləri Səadət Hüseynovanı və qızı Nuranəni vurub. Piyadalar xəstəxanaya yerləşdirilib, S. Hüseynova orada ölüb.
Səbail RPİ tərəfindən araşdırma aparılır.