DİN ana və körpəsinin qətli barədə məlumat yaydı
22 iyun 2017 12:17 (UTC +04:00)

DİN ana və körpəsinin qətli barədə məlumat yaydı

0

Daxili İşlər Nazirliyi Daşkəsəndə törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, iyunun 21-də Daşkəsən rayonunun Şahvələdli kəndində kənd sakini Kamilə Məmmədovanın və 40 günlük qızının küt alətlə qətlə yetirilən meyitləri evlərində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən K.Məmmədovanın əri, əvvəllər məhkum olunmuş Raqif Ələkbərov tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar