DİN 4 nəfərin öldüyü hadisə barədə məlumat yaydı
14 iyul 2017 11:38 (UTC +04:00)

DİN 4 nəfərin öldüyü hadisə barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində 4 nəfərin öldüyü yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

 

Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 13-də saat 3.00 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Lənkəran şəhər sakini İntizar Həbibov idarə etdiyi "KamAZ" markalı avtomobili qarşıda gedən Sumqayıt şəhər sakini Tarzan Səmədovun idarə etdiyi "KamAZ" markalı avtomobilə vurub və bu zaman Astara rayon sakini Elturan Fərəcovun eyni istiqamətdə idarə etdiyi "Mercedes Vita" markalı avtomobil İ.Həbibovun idarə etdiyi avtomobilə çırpılıb. Nəticədə E.Fərəcovun sərnişinlərindən həmyerliləri Tuhid Əliyev, Şahid Qəhrəmanov, Azad Abdullayev və Ramiz Xudaverdiyev hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191
avatar

Oxşar yazılar