Səbail rayon Polis İdarəsinin əməkdaşları tanınmış kinorejissor və aktyor Nizami Musayevi saxlayıb. Lent.az-ın vesti.az-a istinadən məlumatına görə, N.Musayev 1992-ci ildə Azərbaycan DİN-in Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində də çalışıb. O, 1995-ci ildən axtarışda olub.
N.Musayev külli miqdarda dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Qeyd edək ki, N.Musayev aktyor və rejissor kimi bir çox filmlərdə çəkilib. Bu filmlər arasında “Lətifə”, “Bəyin oğurlanması”, “Ölsəm bağışla”, “Cin mikrorayonda”, “İşərəni dənizdən gözləyin” kimi filmlər var.