Dilqəmlə Şahbaz qondarma “məhkəməsi” sona yaxınlaşır
03 dekabr 2014 10:19 (UTC +04:00)

Dilqəmlə Şahbaz qondarma “məhkəməsi” sona yaxınlaşır

0
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində Xankəndidə qurulmuş qondarma “məhkəmə” sona yaxınlaşır.

 

APA-nın məlumatına görə, bu barədə “news.am”-a Şahbaz Quliyevin “vəkil”i Arkadi İsraelyan bildirib.

 

Bu gün keçiriləcək “proses”də Azərbaycanda əsirlikdə olmuş Akop İnciqulyan ifadə verəcək.

 

Qondarma “məhkəmə” bu il oktyabrın 27-də başlayıb.

 

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

 

H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar