DGK külli miqdarda siqaret müsadirə edib
02 may 2017 11:07 (UTC +04:00)

DGK külli miqdarda siqaret müsadirə edib

0
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
 
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının altından və salonundan gömrük nəzarətinə bəyan edilməyən, 3400 ədəd "Dubao" markalı siqaretlər aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 219

Oxşar yazılar