DGK-da ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə görüş keçirilib
30 mart 2016 18:16 (UTC +04:00)

DGK-da ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə görüş keçirilib

0

 

Dövlət Gömrük Komitəsində  Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin Ankara ofisinin əməkdaşları ilə görüş keçirilib.

 

 

Lent.az-ın komitənin mətbuat xidmətinə istinadən məlumatına görə, görüşdə  Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinin rəisi,  gömrük xidməti polkovniki Baba Salayev, ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin Ankara ofisinin əməkdaşları Adnan Mert,  Co Lenseyn və Klement Ize  iştirak edib.

 

Görüşdə bu ilin mart ayında Azərbaycan gömrük xidmətinin həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində İran İslam RespublikasındanAzərbaycandan tranzit yolla keçməklə Ukraynaya aparılan 486 kq 698,88 qram heroinin aşkar edilməsi ilə bağlı qonaqlara məlumat verilmiş, eləcə də qarşılıqlı əməkdaşlığın istiqamətləri, aşkar edilən narkotrafik marşrutları, Bakı-Tbilisi-Qars  dəmiryolunun və Ələt qəsəbəsində tikintisi davam etdirilən  Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının gələcəkdə istismara verilməsi ilə əlaqədar gömrük hüquqpozmalarına qarşı mübarizənin daha effektiv təşkili, eləcə də  qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

 

Sonda tərəflər əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərin  artırılmasının vacibliyini vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 249

Oxşar yazılar