Dənizdə batan yeniyetmənin meyiti FHN əməkdaşları tərəfindən çıxarılıb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2004-cü il təvəllüdlü Nikolay Andreyeviçin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
579