Bu axşam dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonu ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 1500 m məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 19:15-də başa çatıb.