Zaqatalada 2 uşaq anası dəm qazından boğularaq ölüb.
Zaqatala Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə rayonun Çökək kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Könül Mustafa qızı Qudiyevanın yaşadığı evin hamamında meyiti aşkar edilib. Onun dəm qazından boğularaq öldüyü ehtimal edilir.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.