Dələduzlar Qarabağ veteranının 45 min manatını mənimsəyiblər
23 may 2016 16:27 (UTC +04:00)

Dələduzlar Qarabağ veteranının 45 min manatını mənimsəyiblər

0

Bakıda Qarabağ veteranına qarşı dələduzluq edilib.

 

Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, Masallı rayon sakini, 1966-cı il təvəllüdlü Vüqar Gülağa oğlu Eynullayev polisə şikayət edərək, Elmar və Rasim adlı şəxslərin onu aldadaraq 45 min manat pulunu ələ keçirdiklərini bildirib. Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.

 

Qeyd edək ki, V. Eynullayev I Qrup Qarabağ əlili, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon təşkilatının sədr müavinidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 444

Oxşar yazılar