Belarusun Vitebsk şəhərində mikroavtobusla toqquşan minik maşınında azərbaycanlıların olduğu bildirilir. ANS PRESS-in İnterfax-a istinadən verdiyi məlumata görə, artıq faktla bağlı cinayət işi açılıb.
Rusiya nömrəsi olan Opel Omega markalı minik maşınında Azərbaycan vətəndaşları ilə yanaşı Özbəkistan vətəndaşları da olub. Məlumata görə, minik maşınında olan 4 nəfər hadisə yerində ölüb. Mikroavtobusda əyləşən 3 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hazırda ölənlərin şəxsiyyətlərinin mügəyyənləşdirilməsi istiqamətində iş aparılır. Qeyd edək ki, hadisə nəticəsində 11 nəfər müxtəlif dərəcədə xəsarət alıb.
Dəhşətli qəzada ölənlərin arasında azərbaycanlılar var
6254