Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ATƏT-in Bakı Layihə Əlaqələndiricisi cənab Aleksis Şaxtaxtinskini qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə qeyd olunub ki, respublikamızda təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha səmərəli aparılması məqsədilə həmin qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Bakı Ofisi və bir sıra ölkələrdə yerləşən missiyaları ilə sıx əməkdaşlıq əlaqələri yaranmış və bunun nəticəsi olaraq polis fəaliyyətinin təkmilləşdirilməsi sahəsində bir çox əhəmiyyətli tədbirlər və layihələr həyata keçirilib.
Daha sonra daxili işlər naziri kriminogen durumla bağlı qısa məlumat verib.
ATƏT-in Bakı Layihə əlaqələndiricisi A. Şaxtaxtinski səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirmiş, təmsil etdiyi qurumla Daxili İşlər Nazirliyi arasında faydalı işbirliyinin bütün sahələrdə praktik nəticə və səmərə verdiyini, bu əməkdaşlığın daha da inkişaf etməsi, polis fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran müxtəlif layihələrin həyata keçirilməsində bundan sonra da yardımçı olacaqlarını vurğulayıb.