Daha iki VAZ toqquşdu: 5 yaralı
27 iyul 2016 00:37 (UTC +04:00)

Daha iki VAZ toqquşdu: 5 yaralı

0

Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kür qəsəbəsindən Yeniabad kəndinə gedən yolda qeydə alnıb. “VAZ 2106” və “VAZ 2103” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib.

 

Yaralılardan bir nəfərinin Kür qəsəbə sakini, 1994-cü il təvəllüdlü Samirə Əmirovanın vəziyyəti orta-ağır olduğu üçün palataya yerləşdirilib. Digər 4 nəfərə isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar