Bu gün Bakıda fəaliyyət göstərən özəl universitetlərdən olan “Azərbaycan” Universitetində tələbələrin keçirdiyi etiraz akasiyası başa çatıb. Tələbələrin Lent.az-a verdiyi məlumata görə, imtahanların yazılı keçirilməsinə etiraz olaraq universitetin həyətinə toplanan tələbələr rəhbərliyin xahişi ilə akt zalına toplaşıb. Burada dekanlarla birlikdə müzakirələr aparılıb.
Universitet rəhbərliyi tələbələrə bildirib ki, onların tələblərinə baxılacaq və yaxın günlərdə imtahanların keçirilməsi forması ilə bağlı yekun qərar veriləcək.
****
12.57
Azərbaycanda daha bir universitetin tələbələri aksiya keçirir.
APA-nın xəbərinə görə, özəl universitetlərdən olan “Azərbaycan” Universitetinin tələbələri imtahanların yazılı şəkildə keçirilməsinə etiraz edirlər. Tələbələr imtahanların yazılı şəkildə keçirilməsinin əlavə neqativ hallara səbəb olacağını deyirlər.
APA-nın məsələ ilə bağlı universitet təmsilçilərinin mövqeyini öyrənmək cəhdi alınmayıb.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri də imtahan qaydalarının dəyişdirilməsinə etiraz ediblər.