Bu gün Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir su anbarında 1 nəfərin batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, su anbarında batmaq təhlükəsi ilə üzləşmiş şəxs dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Əməliyyat saat 16:15-də başa çatıb.