Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisində ölüm hadisəsi baş verib. Nazirliyin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov APA-ya bildirib ki,fevralın 3-də 10 saylı cəzaçəkmə müəssisəsindəsəhər yoxlaması zamanı məhkum Bədəlov Rahil Zahir oğlu qəflətən dünyasını dəyişib. Onun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.