Daha bir məhbus həbsxanada öldü
14 avqust 2014 10:29 (UTC +04:00)

Daha bir məhbus həbsxanada öldü

Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.

 

APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.

 

Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə məhkumluq həyatı yaşayan, 1952-ci il təvəllüdlü Səməd İmran oğlu Məmmədov müalicə aldığı müəssisədə dünyasını dəyişib.

 

Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1851
avatar

Oxşar yazılar