Qoşunların təmas xəttində düşmənlə döyüşlərdə həlak olmuş müddətdən artıq hərbi xidmətdə olan qulluqçu, 22 yaşlı əsgər Elmidar Səlimxan oğlu Səfərov anadan olduğu Neftçala rayonunda dəfn edilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, şəhid doğulduğu Aşağı Qaramanlı kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib.
12:51
Qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Sərxan Bağırov dəfn olunub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhid doğulduğu Göygöl rayonun Alıməmmədli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, kənd sakinləri,Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, şəhidin hərbçi yoldaşları iştirak edib. Çıxış edənlər Sərxanın döyüş yoluna nəzər salaraq onun qorxmaz hərbçi olduğunu, düşmənə layiqli cavab verdiyini bildiriblər. Azərbaycan himni səsləndirilib, yaylım atəşindən sonra şəhid dəfn edilib.Qeyd edək ki, Sərxan Bağırov ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılıb.
***
Aprelin 2-dən 3-nə keçən gecə düşmənin hücumunun qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun giziri, 1986-cı il təvvəldü Novruzov Ravil Elman oğlu dəfn edilib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, şəhid Xızı rayonunun Giləzi qəsəbəsində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri, hərbçinin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, kənd sakinləri iştirak ediblər.
Şəhid yaylım atəşindən sonra torpağa tapşırılıb, Azərbaycanın bayrağı onun atasına təqdim edilib.
Bundan başqa, aprelin 2-dən 3-nə keçən gecə cəbhə bölgəsində baş vermiş döyüşlərdə Azərbaycan Ordusunun şəhid olmuş əsgəri 1996-cı il təvəllüdlü Nürəddin Etimad oğlu Mirzəyev bu gün doğulduğu Yardımlı rayonunun Onuba kəndində dəfn edilib.
APA-nın cənub bürosunun məlumatına görə, dəfn mərasimində Yardımlı rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri, onun xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, kənd sakinləri iştirak ediblər.
Şəhid yayılım atəşindən sonra torpağa tapşırılıb, Azərbaycanın bayrağı onun atasına təqdim edilib.