Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1 417 ədəd qəlpə, 1 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata görə, nəticə etibarilə 19 461 kv.m (1.95 ha) ərazi tam təmizlənib, 14 000 kv.m (1.4 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.