Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər təsdiqləndi
10 iyun 2015 17:02 (UTC +04:00)

Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər təsdiqləndi

Prezident İlham Əliyev Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunu təsdiqləyib. Lent.az-ın məlumatına görə, Məcəllədə aşağıdakı dəyişikliklər edilib:

 

1. 151-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

 

“bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

 

2. 152-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

 

“152.1. On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə —

 

üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

152.2. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə —

 

üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

152.3. Bu Məcəllənin 152.1 və ya 152.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə —

 

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Qeyd: Bu Məcəllənin 152 və ya 153-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır.”.

 

3. 153-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

 

“153.1. On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə —

 

iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

153.2. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə —

 

bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

153.3. Bu Məcəllənin 153.1 və ya 153.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə —

 

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

 

4. Aşağıdakı məzmunda 171.2.3-cü maddə əlavə edilsin:

 

“171.2.3. yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər və ya yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə —”.

 

5. 171-1.2.4-cü maddədə “vəzifəsi qoyulmuş” sözlərindən sonra “digər”

 

sözü əlavə edilsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182

Oxşar yazılar

Xaçmazda DƏHŞƏT:  özünü qatarın altına atdı - YENİLƏNİB

Xaçmazda DƏHŞƏT: özünü qatarın altına atdı - YENİLƏNİB

5 may 2025 , 10:22
Kartlardan daha 46 min manat  oğurlandı

Kartlardan daha 46 min manat oğurlandı

5 may 2025 , 10:10
Kəlbəcər sakini meşədə itdi

Kəlbəcər sakini meşədə itdi

5 may 2025 , 09:52
Mingəçevirdə EVDƏ PARTLAYIŞ:  xəsarət alan var

Mingəçevirdə EVDƏ PARTLAYIŞ: xəsarət alan var

5 may 2025 , 09:26
Gədəbəydə FACİƏ:  kişi dəm qazından zəhərlənib öldü

Gədəbəydə FACİƏ: kişi dəm qazından zəhərlənib öldü

5 may 2025 , 09:23
Zaqatalada avtomobil ağaca çırpıldı - Sürücü öldü

Zaqatalada avtomobil ağaca çırpıldı - Sürücü öldü

5 may 2025 , 08:11
10 yaşlı oğlan 7 yaşlı qızı zorladı:  Videoya çəkdi

10 yaşlı oğlan 7 yaşlı qızı zorladı: Videoya çəkdi

5 may 2025 , 00:19
Ağstafada ağır qəza - 5 nəfər yaralandı

Ağstafada ağır qəza - 5 nəfər yaralandı

4 may 2025 , 23:30