Cib dəsmalında narkotik keçirmək istədi
02 iyul 2018 15:18 (UTC +04:00)

Cib dəsmalında narkotik keçirmək istədi

 

Azərbaycana narkotik keçirilməsini qarşısı alınıb.

 

Lent.az-ın DGK-ın saytına istinadən məlumatına görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

 

Şəxsi yoxlama zamanı, vətəndaşın əlində saxladığı cib dəsmalının arasında, bir ədəd bükümdə xalis çəkisi 3,22 qram olan narkotik vasitə - heroin aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228
avatar

Oxşar yazılar