Naxçıvanski hərbi liseyində buraxılış mərasimi keçirilib
08 iyun 2015 19:22 (UTC +04:00)

Naxçıvanski hərbi liseyində buraxılış mərasimi keçirilib

İyunun 8-də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə məzunların 43-cü buraxılışı keçirilib. Lent.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, tədbirdə nazirliyin və ali hərbi məktəblərin nümayəndələri, liseyin rəhbərliyi, kursantlar, təhsil ocağının keçmiş məzunları, müəllimlər, zabitlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə üçrəngli bayrağımız fəxri qarovulun müşayiəti ilə sıra meydanına gətirilib.

Sonra məhrum prezident  Heydər Əliyevin və vətənimizin müdafiəsi uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Azərbaycanın Dövlət himni səsləndirilib.

 

Hərbi Liseyin rəisi general-mayor Mirzə Almasov tədbirdə çıxış edərək əsası 1971-ci ildə  Heydər Əliyev tərəfindən qoyulmuş C.Naxçıvanski adına liseyin Silahlı Qüvvələr üçün zabit kadrlarının hazırlanmasında əvəzsiz rolunu qeyd edib. O, Silahlı Qüvvələrin, eləcə də Hərbi liseyin Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu  vurğulayıb.

 

Məktəb rəisi indiyədək liseyin məzunlarından 18 nəfərinin ali hərbi rütbəyə yüksəldiyini də diqqətə çatdırıb.

Tədris və intizamda fərqlənən kursantlara, həmçinin digər məzunlara mərasimdə attestat, döş nişanları və məzun albomları təqdim olunub, yaş kötüyünə buraxılışın rəmzi xatirə lövhəsi vurulub, liseyin döyüş bayrağının təhvil-təslimi və “Naxçıvanskilər” marşı ifa olunub.

Kursantlar təntənəli marşla keçdikdən sonra hərbi liseyin döyüş bayrağı aparılıb və son zəng çalınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254

Oxşar yazılar