İyulun 24-də Cəlilabad rayonunda partlayış hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Cəfərxanlı kənd sakini Bəsirə Ağayeva evində məişətdə istifadə edilən qaz balonu ilə ehtiyatsız davrandığından ani partlayış baş verib. Nəticədə dağıntı olmasa da, yanıq xəsarəti almış qadın və qızı Solmaz xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.