Cəlilabadda 6 otaqlı ev yandı
18 aprel 2016 07:55 (UTC +04:00)

Cəlilabadda 6 otaqlı ev yandı

0

Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonu, Şabanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 204 kv.m olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Evə bitişik olan tövlə yanğından mühafizə olunub. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar