Cəlilabada 4 milyon ayrıldı- SƏRƏNCAM
09 sentyabr 2013 19:29 (UTC +04:00)

Cəlilabada 4 milyon ayrıldı- SƏRƏNCAM

Prezident İlham Əliyev Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Cəlilabad Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

Dövlət başçısının digər sərəncamı ilə  iyirmi üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Sərəncamlarda qeyd olunur ki, Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463
avatar

Oxşar yazılar