Akademik Cəlal Əliyev dəfn edilib - <span style="color:red;">YENİLƏNİB
01 fevral 2016 15:25 (UTC +04:00)

Akademik Cəlal Əliyev dəfn edilib - YENİLƏNİB

0

 

Akademik Cəlal Əliyev dəfn olunub.

 

APA-nın məlumatına görə, akademik I Fəxri xiyabanda torpağa tapşırılıb.

 

Qeyd edək ki, o, uzun sürən xəstəlikdən sonra fevralın 1-də 88 yaşında vəfat edib.

 

**

15:02

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının “Dairəvi zalı”nda akademik Cəlal Əliyevlə vida mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri iştirak ediblər.

 

Mərasimdə çıxış  edən AMEa prezidenti Akif Əlizadə deyib ki, C. Əliyev bütün ömrünü elmə həsr edib, Azərbaycanın görkəmli bioloq alimlərindən biri olub.

 

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, C. Əliyev 62 il AMEA Biologiya və tibb elmlər bölməsində çalışıb, uzun illər bu bölməyə rəhbərlik edib: “Akademik Cəlal Əliyev 1990-cı ildə AMEA-nın bağlanmasına çalışanların qarşısında dayanıb, institutlarının, mülkiyyətinin qorunmasında böyük əmək ortaya qoyub. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə AMEA-nın üzərindəki qara buludlar dağılıb”. 

 

AMEA-nın müxbir üzvü Validə Əlizadə, akademik Böyükkişi Ağayev, C. Əliyevin tələbəsi olmuş AMEA-nın müxbir üzvü İbrahim Əzizov C. Əliyevlə bağlı xatirələrini, ürək sözlərini dilə gətiriblər.  

 

Qeyd edək ki, akademik C. Əliyev uzun sürən xəstəlikdən sonra bu gün 88 yaşında vəfat edib. C. Əliyev I Fəxri xiyabanda dəfn olunacaq.

 

**

14:22

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının “Dairəvi zalı”nda akademik Cəlal Əliyevlə vida mərasimi başlayıb.

 

APA-nın məlumatına görə, mərasimdə Prezident Administrasiyasının rəhbəri Ramiz MehdiyevMilli Məclisin sədri Oqtay Əsədov, baş nazirin müavinləri Əli HəsənovAbid Şərifov, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, elm adamları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

  

Akademik C. Əliyev uzun sürən xəstəlikdən sonra 88 yaşında vəfat edib. O, I Fəxri xiyabanda dəfn olunacaq.***

Akademik Cəlal Əliyev I Fəxri xiyabanda dəfn olunacaq.

 

Bu barədə APA-ya AMEA-dan məlumat verilib.

 

Akademiklə vida mərasimi isə AMEA-nın "Dairəvi zalı"nda saat 14.00-da başlayacaq.

 

Qeyd edək ki, akademik C. Əliyev uzun sürən xəstəlikdən sonra fevralın 1-də 88 yaşında vəfat edib.

 

***

Akademik Cəlal Əlievlə vida məraisimi AMEA-nın əsas binasına olacaq.

 

AMEA-dan APA-ya verilən məlumata görə, mərasim saat 14.00-da "Dairəvi zal"da başlayacaq.

 

Qeyd edək ki, C. Əliyev uzun sürən xəstəlikdən sonra fevralın 1-də 88 yaşında vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 610

Oxşar yazılar