Cəbhəyanı kəndlərdə 139 partlamamış hərbi sursat aşkarlandı
04 may 2016 20:44 (UTC +04:00)

Cəbhəyanı kəndlərdə 139 partlamamış hərbi sursat aşkarlandı

0

Mayın 4-də Azərbaycanda 109 ədəd partlamamış hərbi sursat və 3 ədəd mina aşkar  aşkarlanıb. APA-nın xəbərinə görə, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 04 may 2016-cı il tarixində  Tərtər, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.

 

Hesabata əsasən, Tərtərin Qaynaq kəndində 1 ədəd 122 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb. Tərtər şəhərinin Nizami küçəsində yerləşən ev 49A, mənzil 44 ünvanında yerləşən binanın zirzəmisində 2 ədəd piyada əleyhinə POMZ-2 minaları aşkar edilərək götürülüb.

 

Füzuli rayonu, Alıxanlı kəndində 4 ədəd 125 mm-lik tank mərmisi və 1 ədəd 120 mm-lik minaatan mərmisi aşkar edilərək götürülüb. Ağdamın Əfətli kəndində, Qarqar çayl ilə axıb gəlmiş 1 ədəd piyada əleyhinə mina PMN-E mina aşkar edilərək götürülüb. Çəmənli kəndində isə 1 ədəd 152 mm-lik top mərmisi aşkar edilərək, götürülüb.

 

Məlumatda həmçinin bildirilir ki, mayın 4-də Bakı şəhəri, Nərimanov rayonu, İslam Abuşov küçəsi, 16R ünvanında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikları ilə birlikdə keçirilən əməliyyat tətbirləri nəticəsində 102 ədəd (8 ədəd 100 mm-lik top mərmisi, 8 ədəd 62 mm-lik minaatan mərmi, 9 ədəd 122 mm-lik top mərmisi, 7 ədəd 76 mm-lik top mərmisi, 1 ədəd 120 mm-lik minaatan mərmi, 1 ədəd 30 mm-lik top mərmisi, 4 ədəd SPQ-9 raketi, 64 ədəd BM-6 tank mərmisi) müxtəlif çaplı mərmilər aşkar olunaraq götürülüb.

 

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 4 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 419 ev və həyətyanı sahə,  2 hərbi hissə, 2 kənd qəbirstanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi,                 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 413 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar