<span style="color:red;">Atışma:  erməni əsgər vuruldu
07 avqust 2014 16:59 (UTC +04:00)

Atışma: erməni əsgər vuruldu

0

Dağlıq Qarabağda Azərbaycan və Ermənistan əsgərləri arasında atışma olub. Lent.az-ın “anspress”-ə istinadən verdiyi xəbərə görə, atışma zamanı qarşı tərəfin əsgəri ağır yaralanıb. Bu barədə erməni mətbuatı yazıb. 


Güllə yarası alan Ermənistan ordusunun əsgəri 1995-ci il təvəllüdlü Viktor Abramovdur. O, yaxınlıqdakı hərbi hospitallardan birinə yerləşdirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən “anspress”-ə verilən məlumata görə, Azərbaycan tərəfi heç bir itki verməyib. 

Qeyd edək ki, son vaxtlar erməni kəşfiyyat-təxribat qrupu cəbhənin müxtəlif istiqamətlərində ordumuzun mövqelərinə basqınlar edir. Əsgərlərimizin sayıqlığı nəticəsində qarşı tərəf itki verərək geri çəkilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5929

Oxşar yazılar