Praqa-Bakı aviareyslə gələn Azərbaycan Respublikası vətəndaşının baqajına rentgen aparatıyla baxış zamanı monitorda “beşbarmağ”ın təsviri görünüb.
Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə vətəndaşın çantasından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.