Bulvarda 21 yaşlı oğlan özünü öldürmək istəyib
11 iyun 2013 16:35 (UTC +04:00)

Bulvarda 21 yaşlı oğlan özünü öldürmək istəyib

Bu gün Bakıda intihara cəhd edən şəxs xilas edilib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, rayon sakini 1992-ci il təvəllüdlü Əliyev Azər Nizaməddin oğlu Dənizkənarı Milli Parkın ərazisində özünü dənizə atıb. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin şəxsi xilas edib.

 

Əvvəlcə xəstəxanaya aparılan gənc daha sonra 39-cu Polis Bölməsinə gətirilib. Onun hansı səbəbdən intihara cəhd etməsi məlum deyil. Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921
avatar

Nizam Rza

Oxşar yazılar