
Bu rayonda akkumulyator zavodu tikiləcək
Hacıqabul Sənaye Məhəlləsində avtomobil akkumulyatorlarının istehsalı və ya təkrar emalı zavodunun tikintisi nəzərdə tutulub.
Bunu “APA-Economics”ə Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Onun sözlərinə görə, hazırda qeyd olunan məsələ danışıqlar mövzusudur və yaxın günlərdə buna dair daha ətraflı müzakirələrin aparılması gözlənilir.
“Bu gün Hacıqabul Sənaye Məhəlləsində müxtəlif sahələr üzrə 10 rezident fəaliyyət göstərir. Rezident statusu almaq üçün müraciətlər daxil olmaqdadır. Akkumulyator zavodunun inşasına gəldikdə, onu qeyd edim ki, burada söhbət ya işlənmiş akkumulyatorlarının təkrar emalından, ya da onların istehsalından gedir. Hazırda layihəni icra edəcək müəssisə tərəfindən buna dair biznes plan tərtib olunur”, - deyə N. Səfərov qeyd edib.
Nazir müavini əlavə edib ki, bu zavodun işə salınması istehsal olunacaq məhsullar həm daxili bazarın tələbatını ödəyə, həm də digər bazarlara ixrac oluna bilər. Əsas prioritet bazarlar sırasına Ukrayna, Belarus, Rusiya, İran, Qazaxıstan və digər ölkələr daxildir.
Qeyd edək ki, bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YTP) ərazisində avtomobil akkumulyatorlarının istehsalı zavodunun tikintisini nəzərdə tutub. Zavodun inşasına 30 mln. manatadək investisiyanın cəlb ediləcək.
Xatırladaq ki, Azərbaycana hər il təxminən 1,6 mln. ədəd akkumulyator idxal olunur.
Oxşar yazılar

Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib
15 iyul 2025 , 17:44
Sabirabadda 76 yaşlı kişi zəhərlənib öldü
15 iyul 2025 , 17:17