Bu ölkədə aviazərbələr 90-dan çox əsgərin canını aldı
23 sentyabr 2019 05:48 (UTC +04:00)

Bu ölkədə aviazərbələr 90-dan çox əsgərin canını aldı

 
 
 
 
Feldmarşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun (LMO) paytaxt Tripoliyə hava zərbələri nəticəsində Liviyanın hökumət qüvvələrinin 90-dan çox hərbçisi ölüb, 150 nəfər yaralanıb.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu bazar günü LMO-nun mətbuat katibi, briqada generalı Xalid əl-Mahjub deyib.
 
"Döyüşlərdə paytaxt birləşmələrinin bir neçə lideri öldürüldü", açıqlamasını verən Əl-Mahjubun sözlərinə görə, silah və sursat olan anbarlara hücum edilib. 
# 768
avatar

Oxşar yazılar