Bu klubumuzun futbolçusu Avropa Liqasının rəmzi komandasına düşdü
Avropa Liqasının II turunun rəmzi komandası açıqlanıb.
APA-nın məlumatına görə, “11-lik”də Azərbaycan çempionu “Qarabağ” da təmsil olunub.
Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub edən Ağdam klubunun dördüncü qolunun müəllifi Dani Kintana UEFA tərəfindən rəmzi komandaya daxil edilib.
Qapıçı: Plamen İliev (Ludoqorets);
Müdafiəçilər: Boli Bolinqoli (Seltik), Rafael Forster (Ludoqorets), Evan Ndika (Ayntraxt), Kyeran Tierni (Arsenal);
Yarımmüdafiəçilər: Mohamed Elyunussi (Seltik), Dani Kintina (Qarabağ), Bruno Fernandes (Sportinq), Qabriel Martinelli (Arsenal);
Hücumçular: Donyel Malen (PSV), Umar Sadiq (Partizan).
978