Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son günlər baş verən gərginlik nəticəsində tərəflərdə hərbçilərin saxlanılması barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) rəsmi məlumat verilməyib.
Bu barədə APA-ya BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
O qeyd edib ki, BQXK münaqişə tərəflərinə itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün olan səylərinə öz aktiv dəstəyini təklif edib və təmas xəttində, Dağlıq Qarabağ münaqişəsinin son gərginləşməsi zamanı həlak olanların meyitlərinin öz tərəflərinə təhvil verilməsinə yardımçı olub.