İlham Əliyevə gələn təbriklər davam edir
27 may 2016 19:25 (UTC +04:00)

İlham Əliyevə gələn təbriklər davam edir

Litva Respublikasının Prezidenti Dalya Qribauskayte “Respublika Günü” münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir: “Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkənizə davamlı inkişaf, çiçəklənmə və əmin-amanlıq arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Litva ilə Azərbaycan arasında müsbət dialoqun, həmçinin ikitərəfli səviyyədə və Avropa İttifaqı çərçivəsində əməkdaşlığın vətəndaşlarımızın ümumi rifahının, təhlükəsizliyinin mühüm və qarşılıqlı səmərəli təminatı kimi davam edəcəyinə olan güclü inamımı ifadə etmək istərdim.

Cənab Prezident, icazə verin, bir daha Respublika Günü münasibətilə təbriklərimi çatdırım”.

***

Ukrayna prezidenti Petro Poroşenko Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, P. Poroşenkonun məktubunda deyilir:

 

“Milli bayramınız - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Müstəqillik illərində inkişafın strateji istiqamətlərində mühüm uğurların əldə olunması Azərbaycan Respublikasının regional liderliyinin və nüfuzunun gələcəkdə də beynəlxalq arenada gücləndirilməsi yolunda inamlı tərəqqisinin göstəricisidir. Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında nizamlanmasına dair ardıcıl və qətiyyətli mövqeyə malikdir. Ölkəmiz, həmçinin Ukraynanın ərazi bütövlüyü məsələsində Azərbaycan Respublikasının dəstəyini yüksək qiymətləndirir.

 

Əminəm ki, ikitərəfli səmərəli əməkdaşlığımız gələcəkdə də ölkələrimizin rifahı üçün dostluq və qarşılıqlı hörmət ruhunda inkişaf edəcək, cari ildə Ukrayna və Azərbaycan Prezidentləri Şurasının növbəti iclasının keçirilməsi isə ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin praktiki müstəvidə həyata keçirilməsinə yeni təkan verəcək. Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, ali dövləti fəaliyyətinizdə sizə yeni uğurlar, dost Azərbaycan xalqına sülh, həmrəylik və firavanlıq diləyirəm”.

***

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə bir sıra dövlət adamları Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi İ.Əliyevə ünvanladığı məktubda deyilir: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına bu əlamətdar gün münasibətilə rifah və tərəqqi arzu edirəm. Bu xoş fürsətdən istifadə edib, Sizə böyük hörmət və ehtiramımı bildirirəm”.

 

***

İUNESCO-nun baş direktoru İrina Bokovada İ.Əliyevi təbrik edib: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına UNESCO-nun adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Ölkənizin illər boyu UNESCO ilə əlaqələri gücləndirmək istiqamətindəki səylərini və beynəlxalq əməkdaşlığın inkişafında oynadığı mühüm rolu təqdir etmək istərdim. Cənab Prezident, xüsusilə, UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirakınıza görə Sizə ən dərin ehtiramımı bildirirəm. İcazə verin, Bakı Forumunun uğurlu iclasları üçün Azərbaycana bir daha ən səmimi minnətdarlığımı çatdırım. Azərbaycanın mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə davamlı dəstəyi UNESCO-nun əsas mandatının inkişafına böyük töhfə verib. “Davamlı İnkişaf Proqramı – 2030” layihəsinin icrası mərhələsində bu dəstək daha böyük əhəmiyyət kəsb edir. Əminəm ki, UNESCO-nun Azərbaycan ilə sıx əməkdaşlığı gələcəkdə də davam edəcək. Zati-aliləri, xahiş edirəm, təbriklərimlə yanaşı, ən dərin ehtiramımı qəbul edəsiniz”.

***

Təbrik edənlər sırasında İsrailin Baş naziri Benyamin Netanyahudan da yer alıb: “Hörmətli cənab Prezident. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İsrail xalqı və hökuməti adından mənim səmimi təbriklərimi qəbul edin.

İsrail Azərbaycan ilə əlaqələrinə yüksək dəyər verir. Diplomatik əlaqələrin yaranmasının 24 ili ərzində biz həqiqi dostluq və qarşılıqlı maraqlara əsaslanan güclü, strateji tərəfdaşlıq münasibətləri yaratmışıq. Sizin rəhbərliyiniz ilə ölkələrimiz arasında münasibətlər yeni səviyyəyə yüksəlib. Əminəm ki, ölkələrimizin əməkdaşlıq əlaqələri daha da genişlənəcək. Ümidvaram ki, razılaşdığımız kimi, bu il ərzində Azərbaycanda görüşə biləcəyik. Zati-aliləri, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü müstəqilliyiniz bərpa ediləndən bəri ölkənizin qazandığı nailiyyətlərin qeyd edilməsi üçün yaxşı imkandır. Bu əlamətdar gündə mən ölkələrimiz arasındakı dostluğa sadiqliyimi bir daha təsdiq edirəm. Sizə, ailənizə və xalqınıza rifah, uğur və davamlı inkişaf diləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 305
avatar

Oxşar yazılar