Mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan əyalətində 16 çay və kanallarda boğulma hadisəsi qeydə alınıb.
APA-nın “Oyannews”a istinadən məlumatına görə, ötən həftə 16 yaşlı gənc Gürdə Rəşt kəndinin yaxınlığında Cığatı çayında boğulub. Hadisə yerinə xilasedicilər gəlib və kənd camaatının yardımı ilə gəncin cansız bədənini sudan çıxarıblar. Onun cəsədi daha sonra Miyandab (Qoşaçay) şəhərinin xəstəxanasına aparılıb. Bundan əlavə, 10 yaşlı uşaq Nəqədə (Sulduz) şəhərinin Həsənlu kanalında boğulub. Hadisə yerinə xilasedicilər gəlsələr də, ancaq havanın qaralması səbəbindən axtarışlar ertəsi günə qalıb. Nəhayət uzun sürən axtarışlardan sonra uşağın cəsədi axşam saatlarında tapılaraq müvafiq qurumlara təhvil verilib.