Bir evdə 4 nəfər zəhərləndi
11 dekabr 2014 10:33 (UTC +04:00)

Bir evdə 4 nəfər zəhərləndi

0
Lənkəran rayonunda dəm qazından kütləvi zəhərlənmə halı baş verib.

 

 

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Şağlakücə kənidnə qeydə alınıb.

 

Kənd sakini 1969-cu il il təvəllüdlü Təyyar Canəli oğlu Bədəlov, onun anası 1934-cü il təvəllüdlü Şabacı Hacıvəli qızı Bədəlova, həyat yoldaşı Mehparə Şakir qızı Bədəlova və 13 yaşlı oğlu Babək evdə dəm qazından zəhərləniblər. Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən ailə üzvlərinin üçünün vəziyyətinin ağır, uşağın vəziyyərtinin nisbətən normal olduğu bildirilir. Hadisənin nəzarətsizlik səbəbindən evə dəm qazı sızmasından baş verdiyi bildirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 213

Oxşar yazılar