Bu gecə Bakıda iki dost naməlum şəxslər tərəfindən bıçaqlanıb. Lent.az-ın məlumatına görə, bu barədə “anspress” xəbər verib. Məlumata əsasən hadisə gecə saat 00:30 radələrində Bakının Binəqədi rayonunda baş verib.
Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsindən verilən məlumatda hadisə 8-ci mikrorayon, “Çuda Peçka”nın yanında baş verib.
Belə ki, 20 yaşlı Yədulla Səmədov boynundan və Tural Mirzəyev isə döş qəfəsindən bıçaq zərbəsi alıb. bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Yədullanın xəsarəti yüngül olduğu üçün evə buraxılsa da, Turalın vəziyyəti nisbətən ağırdır. Hazırda onun xəstəxanada müalicə olunduğu bildirilir.