Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda, yağan yağış nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması və vətəndaşların köməksiz vəziyyətdə qalması haqqında məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Xüsusi Riskli Xilasetmə xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub və evlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara müvafiq köməklik göstərilib.
Əməliyyat saat 16:05-də başa çatıb.