Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan ikimərtəbəli, 6 otaqlı evin 2-ci mərtəbəsinin bir otağında ev əşyaları 5 kv.m sahədə yanıb, yüksək temperaturdan 1 ədəd televizor əriyib.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı ev sahibinin oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Təcili Tibbi Yardım Xidməti tərəfindən Yanıq Mərkəzinə aparılıb.
Ev sahibinin həyat yoldaşı isə yüngül yanıq xəsarəti alıb, ona yerində ilkin tibbi yardım göstərilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.