Binəqədi rayonunda bağlı qapı arxasında cəsəd tapılıb.
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və və 1950-ci il təvəllüdlü Jiqalkin Valeriy Valentinoviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.