Bakıda ev yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi rayonunda ümumi sahəsi 30 m² olan birmərtəbəli 2 otaqlı taxta konstruksiyalardan ibarət ev və ev əşyaları yanıb. Bitişik qonşu evlər yanğından mühafizə olunub.
Masallı rayonunun Sirəbil kəndində isə ümumi sahəsi 35 m² olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb. Yanğın söndürülüb.