Bilgəhdə ər arvadını bıçaqladı
01 oktyabr 2014 05:25 (UTC +04:00)

Bilgəhdə ər arvadını bıçaqladı

0

Bakının Bilgəh qəsəbəsində ailədaxili münaqişə bıçaqlanma ilə nəticələnib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,   qəsəbənin Azəbaycan qadını küçəsində yaşayan 50 yaşlı Xanım Kərimova həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı qadın təcili tibbi yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.  

 

Xəstəxanadan APA-ya verilən məlumata görə, yaralı qadın əməliyyat olunub və vəziyyəti ağırdır.

 

Həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən Rafiq Kərimov isə hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat axtarış-tədbirləri həyata keçirilir. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1384

Oxşar yazılar